XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 13:23

Bakıya və rayonlara qar yağacaq –Xəbərdarlıq

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 17-18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.