XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 15:32

CAR Hindistandan aldığı 1 milyon doza “AstraZeneca” peyvəndini geri qaytarır –Səbəb

Cənubi Afrika Respublikası (CAR) Hindistan Serum İnstitutundan aldığı 1 milyon doza peyvəndi geri qaytarır.

“Guardian”ın verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd fevralın əvvəllərində CAR-a göndərilib.

Ötən həftə CAR-ın səhiyyə naziri ölkədə yayılan 501Y.V2 koronavirus variantının yüngül və orta dərəcəsinə qarşı peyvəndin minimal effektivlik göstərdiyini bildirib.

Nazir qeyd edib ki, onun ölkəsi “AstraZeneca” ilə peyvəndlənməni dayandırır/APA.