XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2021 - 14:56

ABŞ-da müalicə olunan nazirlə bağlı rəsmi –Açıqlama

Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun müalicəsi ABŞ-da davam etdirilir.

Strateq.az xəbər verir ki, bunu Modern.az saytına nazirliyin mətbuat katibi Səmayə Məmmədova nazirin son durumu haqqında danışarlən deyib.

O, nazirlə hər gün əlaqə saxladığını qeyd edib. “Cənab nazir müalicəsini davam etdirir, nə vaxt gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Gündəlik olaraq hər bir mövzu ilə bağlı naziri məlumatlandırıram, suallarım olduğu halda ona müraciət edirəm və onun tapşırıqları olduqda bizə ünvanlayır”,– Səmayə Məmmədova deyib.

Xatırladaq ki, Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl onkoloji xəstəliklə əlaqədar ABŞ-dakı klinikalardan birinə yerləşdirilib.