XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 18:44

Gürcüstan prezidenti ATƏT sədri ilə görüşdə:"Bölgədə mövcud olan bütün münaqişələr müzakirə olunmalıdır"

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Lindeni qəbul edib.

Bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Görüşdə S.Zurabişvili İsveçin ATƏT-ə sədrliyi dövründə lider qadınların iştirakı ilə Gürcüstanda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, toplantıda bölgədə mövcud olan bütün münaqişələr və onların sülh yolu ilə həlli məsələlərinin müzakirə olunmasını təklif edib.

A.Linde təklifi müsbət qarşılayıb və təşəbbüsün reallaşdırılması üçün fəal iştirakla bağlı hazırlığını ifadə edib.

Tərəflər həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyəti, Avropa İttifaqı və ATƏT-in bölgədə rolunun gücləndirilməsi və digər məsələləri də nəzərdən keçiriblər/Report.