Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Strateq.az Virtualaz.org-a istinadla bildirir ki, prosesdə ittiham aktı elan edilib.
Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.
Prosesdə iş üzrə 21 şahid dindirilib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.