XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 23:13

Daha 106 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib

Azərbaycan humanitar əməkdaşlıq çərçivəsində əldə olunmuş razılığa əsasən, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ikinci Qarabağ müharibəsinin gedişatında həlak olmuş daha 106 erməni hərbçinin meyitini Ermənistana təqdim edib.

Ermənistan mətbuatı xəbər verir ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin və sağ qaldığı ehtimal edilənlərin axtarışları davam edir.

Bundan başqa, hər iki tərəf birinci Qarabağ müharibəsi vaxtı həlak olanların qalıqlarlarının axtarışı və onların mübadiləsi cəhdlərinə başlayıb/Report.

Məlumatda o da qeyd olunur ki, Ermənistan ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 849 nəfərə çatdığını açıqlayıb. Bildirilib ki, bu gündək Qarabağda aparılan axtarışlar zamanı itkin düşmüş 1 379 hərbçinin meyiti tapılıb.