XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2021 - 13:40

Putin:“Rusiyanın suverenliyinə zərbə vurulmasına imkan verməyəcəyik”

Rusiya parlament seçkilərində xarici müdaxiləyə imkan verməyəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya liderləri ilə görüşündə bildirib.

“Biz xalqın bu seçimini hər cür xarici müdaxilə cəhdlərindən qorumağa borcluyuq. Biz Rusiyanın suverenliyinə zərbə vurulmasına imkan verə bilmərik və verməyəcəyik ”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu ilin payızında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək.