XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 14:20

Nazir müavini yıxılıb:"Onun qabırğası çatlayıb"

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

Bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: “İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub”.

Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: “Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq”/Report