XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 15:55

Nazir Vilayət Eyvazov MMX-yə yeni rəis təyin etdi –DYP-də daha bir dəyişiklik

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi təyin edilib.

Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib/Report.