XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2021 - 19:25

Həsən Ruhani:"İran nüvə silahı hazırlamaq niyyətində deyil"

Biz dəfələrlə bəyan etmişik ki, İran kütləvi qırğın silahı, o cümlədən nüvə silahı hazırlamaq niyyətində deyil.

Bu sözləri İranın Prezidenti Həsən Ruhani televiziya çıxışında deyib.

O bildirib ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqavilənin iştirakçısıdır. Bu səbəbdən İran nüvə silahını hazırlamaq, saxlamaq və istifadə etmək fikrində deyil.

Prezident onu da nəzərə çatdırıb ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi kütləvi qırğın silahlarının haram olması haqqında fətva verib və bu tip silahların hazırlanmasını qadağan edib.

H.Ruhani diqqətə çatdırıb ki, İran nə bu gün, nə dünən nə də gələcəkdə məxfi şəkildə nüvə fəaliyyəti ilə məşğul olmayıb və olmayacaq(azərtac).