XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 10:55

Gürcüstan XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, nazir Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

D. Zalkaliani Bakıda Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd olunub ki, nazirlərin üçtərəfli görüşü çərçivəsində D. Zalkaliani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək/APA.