İŞİD Avropada – konkret olaraq London, Berlin və Romada teraktlara çağıran yeni video yayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Onlarla savaşın, Allah onları sizin əlinizlə cəzalandıracaq» başlıqlı videorolikdə ekstremistlərdən kafirləri gördükləri yerdə öldürmək tələb olunur.
«The Independent»in məlumatına görə, videoda Paris, Brüssel və ABŞ-dakı 11 sentyabr teraktlarından kadrlar yer alıb.
Kadrlar «Dünən Parisdə və Brüsseldə oldu, 2001-in sentyabrında ABŞ-da. Sabah Allah bilir harada olacaq. Bəlkə Londonda, bəlkə də Romada» fikirləri ilə müşayiət olunur.