XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2021 - 19:42

Avropa İttifaqı Gürcüstandakı siyasi vəziyyətlə bağlı bəyanat yaydı:"Siyasi birliyə ehtiyac var"

Avropa İttifaqı (Aİ) Gürcüstanda yaranmış siyasi vəziyyətlə əlaqədar bəyanat yayıb.

Bəyanatda səlahiyyətli şəxslərə və müxalif partiyalara “Vahid Millət Hərəkat” partiyasının sədri Nika Meliyanın həbs edilməsi və Baş nazir Giorgi Qaxariyanın istefasından sonra yaranmış vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və təmkinli olmağa çağırış edilib.

Qeyd olunub ki, Aİ yaranmış mürəkkəb vəziyyətin yalnız səmimi siyasi dialoq yolu ilə həll olunacağına inanır.

Bəyanatda vurğulanıb ki, partiyalar arasında razılıq əldə edilməsi və qütbləşmənin dərinləşməməsi üçün siyasi cəsarət və həqiqi demokratik liderlik tələb olunur: “Gürcüstanda gərginliyin aradan qaldırılması və demokratiyanın daha da möhkəmləndirilməsi üçün əhatəli məhkəmə və seçki islahatları vasitəsilə siyasi birliyə ehtiyac var. Siyasi sabitlik və inklüziv parlament prosesi koronavirus pandemiyası və onun nəticələrinin effektiv şəkildə həll edilməsinin ön şərtləridir. Avropa İttifaqı bu işdə Gürcüstana dəstəyini davam etdirməyə hazırdır”/APA.