XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2021 - 10:45

Azərbaycanda dövlət qulluğuna test imtahanları keçirilir –DİM

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 93 namizədin iştirakı nəzərdə tutulur.

İnzibati vəzifələrin B növünə aid olan vəzifələr üzrə imtahan isə kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 533, BB qrupu üzrə 1466 olmaqla, ümumilikdə 1999 namizəd qeydiyyatdan keçib.