Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatında 2020-ci ildə hərbi məhkəmələrin yuristikasına aid 135 nəfər haqqında 85 cinayət işinə baxılıb.
Bu sözləri Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, hakim Hafiz Nəsibov deyib.
O bildirib ki, onlardan da 100 nəfər haqqında 64 işə baxılaraq qərar verilib: “Baxılmış işlərdən 46 nəfər barəsində 30 iş üzrə apelyasiya instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılıb, ümumilikdə 41 nəfər barəsində 24 iş üzrə qərarlar isə ləğv olunub və yaxud dəyişdirilib”.