XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 20:05

Azərbaycana turist axını 6 dəfədən çox azalıb –Dövlət Statistika Komitəsi

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül bu ilin ilk ayında da davam edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Bu ilin yanvar ayında ölkəmizə gələnlərin 34,1 %-i Rusiya Federasiyası, 28,4 %-i Türkiyə, 13,1 %-i İran, 11,7 %-i Gürcüstan, 2,1 %-i Ukrayna, 1,5 %-i Böyük Britaniya, 1 %-i Belarus, hər birindən 0,8 % olmaqla Özbəkistan və Türkmənistan, 0,7 %-i Qazaxıstan, 0,6 %-i Almaniya, 0,5 %-i İtaliya, 0,4 %-i ABŞ, 0,3 %-i Fransa, 4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 95,2 %-ni kişilər, 4,8 %-ni qadınlar təşkil edib

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan – 12,6 dəfə, Türkmənistandan – 8,8 dəfə, Özbəkistandan – 6,0 dəfə, Rusiya Federasiyasından – 5,5 dəfə, Ukraynadan – 5,3 dəfə, Böyük Britaniyadan – 3,5 dəfə, İrandan – 2,8 dəfə, Belarusdan – 2,6 dəfə, Türkiyədən – 2,3 dəfə azalıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72%-i dəmir yolu və avtomobil, 23,4 %-i hava, 4,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.