XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 23:37

Azərbaycanda yolların istismar müddətinin artırılması nəzərdə tutulub –Dünya Bankı

Azərbaycanda son 20 ildə avtomobillərin sayının orta hesabla ildə 12,5 faiz artması üzündən yolların aşınması da xeyli artıb.

Dünya Bankının (DB) yaydığı məlumata görə, iqtisadiyyatda avtomobil nəqliyyatının əhəmiyyətini nəzərə alan hökumət yol şəbəkəsinin keyfiyyətini və ötürmə qabiliyyətini artırmaq istiqamətində daha çox işlər görməyi nəzərdə tutur.

Ölkədə 2008-2018-ci illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımalarının payı 48 faizdən 65 faizə, sərnişin daşımalarının payı isə 83 faizdən 88 faizədək artıb.

2000-ci ildən hökumət əsas avtomobil yollarının yenidən qurulmasına dair irimiqyaslı proqramın icrasına başladı. Əsas diqqət Şərq-Qərb nəqliyyat dəhlizinə aid M2 (Bakıdan Gürcüstan sərhədinədək yol) və M4 (Bakı-Şamaxı-Yevlax), habelə Şimal-Cənub dəhlizinə aid M1 (Bakıdan Rusiya sərhədinədək yol) və M3 (Ələtdən İran sərhədinədək yol) magistrallarının yenidən qurulmasına başlandı. Eyni zamanda M dərəcəli başqa yollarda da trəkmilləşdirmə işləri görülməyə başladı.

“M dərəcəli bütün yolların yenidən qurulması və bərpası proqramını 2021-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Belə ki, M dərəcəli yollarda işlər başa çatmaq üzrədirsə, üçüncü dərəcəli (Y dərəcəsinə aid) yolların bərpa işləri hələ də davam etdirilir. 2019-cu ilin sonunda yaxşı və məqbul vəziyyətlərdə olan yolların payı ikinci dərəcəli yol şəbəkəsi üçün 83 faizə, yerli yol şəbəkəsi üçün də 47 faizə çatdırıldı”, – DB-nin məlumatında bildirilir.

Həmçinin yeni “Regional bağlantılar və inkişaf” (Regional connectivity and development) layihəsi çərçivəsində Salyan-Biləsuvar yolunun da bərpası onunla paralel keçən M3 magistral yolunu ödənişli etmək planını da həyata keçirmək üçün əlverişli olacağı bildirilir: “Ölkə qanunları alternativ işlək yollar olmadan hansısa yoldan istifadəyə görə haqq almağı qadağan edir. Layihədə nəzərdə tutulan yol da belə bir alternativdir. Həmin dəhlizi işlətməyin dövlət büdcəsi üzərindəki yük bu layihə sayəsində gələcəkdə azalacaq”.

DB-yə görə, ylollardan alınacaq əlavə vəsaitlər texniki xidmətləri modernləşdirmək, sektorun maliyyə dayanıqlığını artırmaq üçün zəruridir: “Azərbaycan hökuməti maliyyə dayanıqlığını artırmaq üçün istifadəçi pul verir prinsipi əsasında yol istifadəçilərindən ödəniş (RUC) almaqda maraqlıdır. Eyni zamanda hökumət yolların dağılmasını azaltmaq da istəyir və ox yükləməsinə daha ciddi nəzarətin tətbiqilə əməliyyat səmərəsinin artırıla biləcəyini etiraf edir”.

Dünya Bankı 2001-ci ildən Azərbaycanda magistral yollarının yenidən qurulmasına dair üç layihə üçün 1,1 milyard ABŞ dolları məbləğində kredit ayırıb.