XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2021 - 17:38

Bakıda intensiv yağış yağacaq- XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə  intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi  yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.