Qərb dünyadakı mövqeyini qoruyub saxlamaq üçün başqa güc mərkəzləri ilə dialoqa başlamalıdır.

Bu barədə BMT baş katibi Antoniu Quterreş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən virtual tədbir zamanı bildirib.

“Qərb öz dəyərlərini, yəni maarifçilik, məntiq, dözümlülük, insan hüquqlarını qoruyub saxlamağın yollarını tapmalıdır. Bunun üçün dünyadakı başqa mühüm oyunçularla məzmunlu dialoqa başlamaq zəruri şərtdir”, - deyə təşkilat rəhbəri Qərbin öz mövqeyini əldən verməməsi üçün atacağı addımlara dair suala cavabında qeyd edib.

“Burada əvvəlcə Qərb ilə Çin arasındakı münasibətlər nəzərdə tutulur”, - deyə A.Quterreş vurğulayıb/Report.

Daha çox

© 2021 Strateq.Az