XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2021 - 17:50

Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcək?- DİN açıqladı

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.