XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 20:44

XİN başçısı Avropa İttifaqının rəsmisi ilə telefonda nələri müzakirə edib? –Açıqlama

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-dən Strateq.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.