XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 20:55

Əli Əsədov İrakli Qaribaşvilini Azərbaycana dəvət edib –Açıqlama

Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, gürcü həmkarına fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər/Report.