XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 19:09

Polis idarəsində 124 nəfər öldürüldü

misir-polis.jpg

Misirdə 2014-ci ildə polis işgəncəsiylə ölənlərin sayı 124 nəfər olub. Strateq.az-ın bildirdiyinə görə, Beynəlxalq Aministiya Təşkilatının illik hesabatında belə deyilir. Hesabatda bu adamların hamısının polis tərəfindən öldürüldüyü qeyd olunur.

Acınacaqlıdır ki, öldürülənlərdən biri “prava” yoxlanışından qaçan mikroavtobus sürücüsü, digəri polis tərəfindən vurulduqdan sonra aparıldığı xəstəxanada həyatını itirən 19 yaşlı gəncdir. Bir başqa talehsiz adam isə polis bölməsində işgəncəyə məruz qaldıqdan sonra dünyasını dəyişib.

124 nəfərdən yalnız üçünün taleyindən bəhs edən hesabatda o da qeyd olunur ki, bu rəqəm sadəcə polis bölməsində öldürülənlərin statistikasıdır. Məhbəsdə ölənlərin sayı isə daha çox ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl Misir prezidentinin səlahiyyətlərini yerinə yetirən Sisi ölkənin Daxili İşlər Nazirini istefaya göndərmişdi. Güman olunur ki, bu istefanın səbəbi polis idarələrində baş verən işgəncələrlə bağlıdır.