XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 10:52

Yerevanda aksiya –Paşinyanın istefasını tələb edənlər küçələri bağlayıblar

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar.

Məlumatı “RİA Novosti” yayıb.

17 siyasi partiyanın formalaşdırdığı “Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları Yerevanın Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar.

Onlar “Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və “canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar keçirilib.

Aksiya iştirakçıları bir müddət sonra küçələri açıblar/Report.