XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2021 - 12:56

Dövlət Xidməti:"Çörəyin pərakəndə satış qiymətində artım yoxdur"

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

Strateq.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadla xəbər verir ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır:

“Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel:498-15-01, 498-15-04)”.