XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 16:17

Prezident “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib

Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, sənəddə deyilir:

Bununla da “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.