XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2021 - 17:18

Paşinyandan Prezidentə açıq xəbərdarlıq:"Onun istefası sərəncamını imzalamalısan"

“Ona dedim ki, Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalısan. Əgər yox, onda bu deməkdir ki, o, müxalifətə qoşulub?”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla telefon danışığının detallarını açıqlayan zaman deyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyanın istefaya göndərilməsi barədə prezidentə təklif göndərib/Report.

Paşinyan müxaliflərə də mesaj verib: “Bu gün yürüşlər keçiririb bütün aksiyaları dayandırırıq və seçkilərlə bağlı konsultasiya üçün müxalifətlə danışıqlar masasına otururuq. Ancaq sizə söz verirəm: korrupsionerlər hakimiyyətə bir daha qayıtmayacaq”.

Strateq.az