XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2021 - 21:13

Rusiya MN:“Qarabağ münaqişəsində “İsgəndər" raketi tətbiq olunmayıb”

““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”. 

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər” raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb.

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır/APA.

Xatırladaq ki, ötən gün Paşinyan Qarabağ savaşı zamanı “İsgəndər” raketlərindən  istifadə olunduğunu, ancaq raketlərin partlamadığını bəyan edib.