XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2021 - 10:12

Beynəlxalq Türk Akademiyasının prezidenti:"Xocalıya ədalət tələb edirik”

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanata yayıb.

Bəyanatda deyilir: “Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçir. Ermənistan silahlı qüvvələri bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakinləri qətlə yetiriblər.

Faciənin 29-cu ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını qətiyyətlə pisləyir və “Xocalıya ədalət!” tələb edirik. 

Azərbaycan Respublikası işğal altındakı əraziləri azad etməklə ədaləti bərpa etdi və tarixi zəfər qazandı. Bu qələbə Xocalının sağ qalan, ağrı-acını qəlbində daşıyan şahidləri başda olmaqla bütün insanlığın ümid işığına çevrildi, Türk Dünyasının qürur və iftixar mənbəyi oldu.

Beynəlxalq Türk Akademiyası olaraq, Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anır, Azərbaycan xalqına və dövlətinə başsağlığı verir, qardaş Azərbaycanla həmrəy olduğumuzu bildiririk”.