XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 12:36

“Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək” –Səfir

“Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaq: “Qətliamın günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz cəzalarını çəkməlidirlər. Artıq Müzəffər Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər də öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq”. (apa)