XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 16:19

Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Qeyd edək ki, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur. Son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb.