XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 18:09

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib –FOTO

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib.

Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə Rusiyadakı Azərbaycan səfirliyinin binası qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş stend quraşdırılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və azərbaycanlı diplomatlar, Rusiyadakı azərbaycanlı diaspor fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı stendini ziyarət ediblər, stendin önünə gül dəstələri qoyublar.