XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 19:26

Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib –FOTO

Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib.

Britaniyada yaşayan azərbaycanlılar Mançester, Birmingem, Edinburq, London, Aberdin kimi şəhərləri də daxil olmaqla, Britaniyanın müxtəlif nöqtələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən fləşmob təşkil ediblər.

Soydaşlarımız əllərində “Xocalıya ədalət!”, “Biz xatırlayırıq!” şüarlarının əks olunduğu plakatlar tutublar.

Bundan başqa, Xocalı ilə bağlı elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində Britaniya ictimaiyyətini məlumatlandırıb. (apa)