Azərbaycanın Baş prokuroru Kamran Əliyev son vaxtlar ölkədə baş verən intihar hadisələrinə münasibət bildirib.
Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda baş verən bütün intihar hadisələri nəzarətdədir:
“Baş verən hər bir intiharın səbəbi var, bütün bunlar da prokurorluq tərəfindən araşdırılır”. (apa)