XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2021 - 09:07

Səudiyyədən Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarına- CAVAB

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının qətlində krallıq rəhbərliyinin adının hallanması ilə bağlı ABŞ kəşfiyyatının hesabatını rədd edib.

APA xəbər verir ki, bu barədə “SPA” agentliyi ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı hökuməti hesabatda yer alan krallıq rəhbərliyi ilə bağlı neqativ, yalan və qəbuledilməz dəyərləndirməni tamamilə rədd edir və hesabatda yanlış məlumat və nəticələrin olduğunu bildirir”, – XİN-in açıqlamasında belə deyilir.

Bildirilib ki, ölkə rəhbərliyi cinayəti törədənlərə qarşı artıq lazımi tədbirlər görüb.