XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2021 - 09:51

ABŞ-dan Səudiyyə Ərəbistanına daha bir zərbə- 76 nəfərin adını qara siyahıya salınıb

ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının öldürülməsinə görə 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza sanksiyası tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Blinkenin sözlərinə görə, ABŞ Dövlət Departamenti “Qaşıqçı qadağası” çərçivəsində xaricdəki dissidentləri təhdid edən 76 vətəndaşa qarşı viza məhdudiyyəti tətbiq edib.

ABŞ, həmçinin dissidentləri və jurnalistləri təqib edəcək şəxsləri cəzalandırmağı düşünür.