ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Suriyadakı son aviazərbələri fonunda İrana “ehtiyatlı olmağı” tövsiyə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri o, jurnalistlərə müsahibəsində səsləndirib.
Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden – “Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz”, – deyə cavabını verib: “Ehtiyatlı olun!”.