XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2021 - 12:59

Şəhid polkovnik-leytenant Füzulidə dəfn olunub –FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Strateq.az xəbər verir ki, o, Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Strateq.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində – Ömər aşırımında tapılıb.

Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi.

Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.

Allah rəhmət eləsin!