XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 12:32

“Atışma hələ də davam edir” –İcra başçısı

musteqom-terter-icra

Erməni silahlı birləşmələri Tərtər rayonunu yenidən atəşə tutub.

Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, tərəflər arasında dünən günorta saatlarında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediləndən sonra rayonun ərazisindəki təmas xəttində bir müddət nisbi sakitlik olub: "Azərbaycan tərəfi razılığa tam əməl etsə də, bu gecə saat 03 radələrində ermənilər bir neçə istiqamətdən Tərtərin təmas xəttindəki kəndlərini avtomat və pulemyotlardan atəşə tutub. Atışma hələ də davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verir. Azərbaycan tərəfindən itki yoxdur"(Trend).