XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2021 - 19:26

“BAŞ NAZİRİN BU FƏRMANI KONSTİTUSİYAYA ZİDDİR” –Ermənistan prezidenti Baş Qərargah rəisini istefaya göndərmədi

Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazirin məlum fərmanı hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun Konstitusiyaya zidd olduğu qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib. Bununla bağlı qərar verməsi üçün prezidentin 3 gün vaxtı vardı./APA