Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilməsi barədə razılıq Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin aprelin 5-də Moskvada keçirilən görüşü zamanı əldə edilib.
"İnterfaks" xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib.
“Aprelin 5-də Moskvada iki ölkənin Baş Qərargah rəislərinin görüşü oldu və atəşin dayandırılması ilə bağlı razılığa gəlindi”, – deyə, o, söyləyib. (APA)
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovdur.
Strateq.az isə hərbi mənbələrdən dəqiqləşdirib ki, Baş Qərargah rəisləri arasında hər hansı sənəd imzalanmayıb, sadəcə, tərəflər dövlət başçılarının iradəsi ilə belə bir şifahi razılaşma əldə ediblər. Üstəlik, razılaşma təşəbbüsü də Ermənistan tərəfinin israrlı yalvarışlarından sonra əldə edilib.