XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 09:11

Ermənistanda daha bir general Paşinyanın istefası tələbinə qoşulub:"Birmənalı dəstək ifadə edirəm"

Ermənistanda Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, istefada olan general Armen Kaqramanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstəyini ifadə edib.

Bu barədə “Hraparak.am” bildirib.

Qeyd edilir ki, general baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.

“Birmənalı dəstək ifadə edirəm. Baş Qərargahın rəisi və zabit heyətinin imza atdıqları bəyanat birmənalı olaraq düzgündür”, – o deyib. /Report