XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 11:52

Qarabağda beynəlxalq aeroportun tikintisinə başlanılıb –VİDEO

Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.

Bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.

Ərazidə eyni zamanda iki avtomobil yolu inşa olunur. Füzuli aeroportu ən ağır hava maşınları da daxil olmaqla, bütün təyyarə növlərini qəbul etməyə qadir olacaq və artıq beynəlxalq indekslər kataloquna daxil edilib.

“Azəraeronaviqasiya” müəssisəsinin Hava Hərəkətinə Nəzarət idarəsinin direktoru Fərhan Quliyev bu hava limanının bölgənin, xüsusən də Şuşanin turizm potensialını üzə çıxaracağını, bununla yanaşı bölgənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib./Report