Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, martın 1-də təyin edilmiş mitinqin və təntənəli yürüşün hədəfi – Ermənistanda demokratik və konstitusiya quruluşunun müdafiəsidir.
Bu barədə o, bazar günü feysbukdakı səhifəsində birbaşa yayımda deyib.
“Sabahkı mitinqin və təntənəli yürüşün hədəfi – Ermənistanda və xalq hakimiyyətində demokratiya, konstitusiya quruluşunun müdafiəsidir. Bizim hakimiyyətimizin yox, xalqın. Çünki ölkəmizdə hakimiyyət xalqa məxsusdur”, – Paşinyan deyib/Report.