XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2021 - 16:19

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb –Səbəb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Tehranın bəyanatlarına görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “Anadolu” agentliyi bildirib.

Xarici siyasət idarəsində İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır. /Report