XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2021 - 20:17

Yevlaxda iki minik avtobobili toqquşub:ölənlər və yaralananlar var

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA