XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2021 - 09:20

Sülhməramlılar Qarabağda 25 minə yaxın partlayıcı maddə aşkarladı –Müdafiə Nazirliyi

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Bildirilib ki, 23 noyabr 2020-ci ildən bəri 1 535 hektar ərazi, 478 km yol, 1 512 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 962 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib. (unikal.org)