XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 19:21

“Sərgilər tam onlayn formata keçə bilməyəcək” –Fərid Məmmədov

“Bazarda məhsulu və ya xidməti tanıtmaq üçün bənzərsiz çoxfunksiyalı vasitə olan sərgilər tamamilə onlayn formata keçə bilməyəcək, çünki faydalı əlaqələr yalnız canlı sərgilərdə mümkündür”.

Bunu “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, bugünkü reallıqlarda eyni meydanda onlayn və oflayn olaraq tədbirlərin hibrid formatlarından istifadə etmək məqbuldur: “Sərginin təxminən 20%-i insanlar və məhsullar haqqında bu və ya digər məlumatları əldə etməyə kömək edəcək onlayn məzmuna ayrılacaq, qalan hissəsi isə oflayn rejimdə keçiriləcək. Həm onlayn, həm də oflayn tədbirlər keçirmək təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, proqramı bir çox elmi məruzə və nitqi özündə cəmləşdirən elmi və praktik konfransların təşkilində onlayn formatın özünəməxsus yeri olacaq”.

Məmmədovun fikrincə, rəqəmsal mədəniyyət artıq sərgi sənayesində də öz mövqeyini möhkəmləndirib.

“Sərgilərimizdə, onlayn tədbirlərdə rəqəmsal texnologiyalardan fəal şəkildə istifadə edirik. Ancaq virtual sərgilərə gəldikdə, təcrübə göstərdi ki, onlar bu funksiyaları yerinə yetirmirlər və ənənəvi sərgilərin nəticələrini vermir. Yalnız ənənəvi sərgilərdə potensial iş ortaqları, istehlakçılarla canlı ünsiyyət qurmaq, tərəfdaşa güvənə biləcəyinizi, məhsulun və texnologiyanın sizə uyğun və faydalı olub-olmadığını anlamaq mümkündür. Sərgi qısa müddətdə reallaşdırıla bilən nəhəng imkandır”, – deyə F. Məmmədov qeyd edib. (apa)