XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2021 - 23:52

Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb –Məhkəmə Hüquq Şurası

Ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının, demək olar ki, 80 %-i ilə tərəflər razılaşıb.

Bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, həmin işlərdən apellyasiya şikayəti verilməyib.

Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 %-i, hökmlərin isə 91,3 %-i dəyişdirilməyərək sabit qalıb.

Qeyd olunub ki, son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib. Bu isə işlərə daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir.