Ermənistanda daha bir general baş qərargah rəisi Onik Qasparyanın tərəfinə keçib.
Ermənistan KİV-i xəbər verir ki, Qeqarkunik vilayəti qubernatorunun müavini, general-mayor Henrik Muradyan bəyanat yayıb.
“Mən tutduğum vəzifədən istefa verirəm və baş qərargahın yaydığı bəyanata qoşulduğumu, baş qərargah rəisi Onik Qasparyanı dəstəklədiyimi publik şəkildə bəyan edirəm”, – deyə H.Muradyan bildirib. (Unikal.org)